Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhəri 53 nömrəli körpələr evi-uşaq bağçasında sanitar-gigiyenik normaların pozulması ilə bağlı iddiaları araşdırıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
İdarədən qeyd edilib ki, noyabrın 2-də Gəncə şəhəri 53 nömrəli körpələr evi-uşaq bağçasında tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib.
Monitorinq çərçivəsində uşaqlar arasında pedikulyoz (baş biti və sirkə) hallarının mövcudluğu yoxlanılmış, aparılan baxış zamanı belə hala rast gəlinməyib. Bununla yanaşı, müəssisədə sanitar-gigiyenik norma və qaydalara riayət olunması vəziyyəti də qiymətləndirilib. Yoxlamanın nəticələrinə əsasən, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunduğu müəyyən edilib.
Qeyd edilib ki, uşaqların sağlamlığının qorunması və müəssisədə sanitariya-gigiyena normalarına riayət olunması istiqamətində müvafiq nəzarət tədbirləri davam etdirilir.




