Geologiya İnstitutunun direktor əvəzi kollektivə təqdim edilib

5 İyun, 2026 - 17:27
Geologiya İnstitutunun direktor əvəzi kollektivə təqdim edilib

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutuna direktor müavini təyin olunub. Həmin əmrlə ona institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək tapşırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, iyunun 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Elçin Vəliyevi İnstitutun kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun elmi potensialının gücləndirilməsi, innovativ tədqiqatların təşviqi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin tətbiqi məsələləri müzakirə olunub. Həmçinin qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.

Elçin Vəliyev Bakı Dövlət Universitetində "Coğrafiya" ixtisası üzrə bakalavriat, "Landşaftşünaslıq" ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib. Son təyinatadək SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.

E.Vəliyev 102 elmi əsərin, o cümlədən 50 indekslənən elmi məqalənin, 40 tezisin, 5 patentin və 8 kitabın həmmüəllifidir. O, Stanford Universitetinin dünyanın ən nüfuzlu alimlərini əhatə edən top 2 faiz alimlər siyahısında yer alıb.