Gözümüzün görə bilmədiyi mənfilərimiz və bundan müsbətə gedən yollarımız

22 İyul, 2026 - 14:33
Gözümüzün görə bilmədiyi mənfilərimiz və bundan müsbətə gedən yollarımız

Gözümüzün görə bilmədiyi mənfilərimiz və bundan müsbətə gedən yollarımız uzun illərdir təhsil sahəsində müxtəlif təbəqədən və istiqamətlərdə həm pedaqoq, həm mütəxəsis-rəhbər olaraq çalışdığım təcrübəmə əsasən deyə bilərəm ki, bu gün əfsuslar olsun şagirdlərimizlərimiz arasında uzun zamandır zorakılıq halları daha özünü qabarıq formada göstərir. Təcrübələrimə əsasən, həmçinin araşdırmalar göstərir ki, zorakılıq ilkin olaraq ailə daxilindən və bəzi hallarda insanların cəmiyyətdə rastlaşdıqları situasiyalardan özünü təzahür edir. Günümüzdə bu məsələ ilə bağlı həm media, həm təhsil, həm də bir çox sahələrdə geniş miqyaslı işlər görülsə də bunun müsbət nəticəsini çox az görürük. Artıq qəbul etsək ki, bizim həyatımızın hər yerində süni intellekt və sosial media mənfi təsir dairəsini çox genişləndirib, məncə, bununla bağlı cəmiyyət, pedaqoqlar, məktəblər olaraq bir çox layihələr təşkil edib bu genişlənməni müsbət olaraq cəmiyyətin, şagirdlərimizin, hətta pedaqoqlarımızın xeyrinə dəyişə bilərik.   

Xarici təcrübəyə nəzər yetirsək ümumilikdə valideynlərin, pedaqoqların şagirdlərlə asudə vaxt keçirməsinin, daimi psixoloqlarla konsultasiyalarda birgə iştirakların müsbət tərəflərini açıq şəkildə görə bilərik. Günümüzdə əksər şagirdlərimizin maraq dairəsini nəzərə alaraq xüsusuilə yuxarı siniflərdə “Müəllim-şagird birgə düşərgəsi yarada bilərik. Bu düşərgələr əslində bizim əksər lisey və özəl məktəblərimizdə bir çox istiqamətlərdə fəaliyyət göstərir. Çox istərdim ki, bu məzmumlu düşərgələr, həm də dövlət ümumtəhsil məktəbləri daxilində və ya bir çox mədəniyyət və incəsənət mərkəzlərində müəllim, şagird hətta bəzən valideyn və psixoloqların belə iştirakı ilə ən azı hər həftə və ya 10 gündən bir təşkil olunsun. Bu zaman artıq həm şagirdlər, həm də pedaqoqlar birgə vaxt keçirərək tək məktəbdəki 45 dəqiqələrlə yox asudə vaxtlarında da bir-biriləri ilə vaxtlarını bölüşüb fikir mübadilələri, müxtəlif oyunlar hətta kino və kitab günləri, kiçik tamaşalarla maraqlı vaxt keçirərək özlərinin digərlərinin daha fərqli tərəflərini tanıya bilərlər. 

Mən həm də Peşə təmayüllü siniflər layihəsində qrup rəhbəriyəm və görürəm ki, həftədə 2 günlük təşkil etdiyimiz praktiki dərslərimiz şagird və müəllimlərimiz üçün çox maraqlı olur. Eyni zamanda şagirdlərin tədrisdə daha da həvəsli olmasına gətirib çıxraır. Şagirdlər və müəllimlər maraqlı intelektual təcrübələrini və maraq dairələrini bir-biri ilə paylaşmaq istəyirlər. 

Bu gün cəmiyyətimizin bu qədər sərt olmasının ilkin səbəblərindən biri də düzgün mütaliə bir-biriləri ilə doğru düşünüb anlama qabiliyyətlərinin passivləşməsi olmuşdur. Bu nöqteyi-nəzərdən bədii tərəfdən insanlarımızın özünü inşafı günümüzdə aktual bir məsələyə çevrilib.

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.

Ruhəngiz Əkbərova,
Bakı şəhəri Suraxanı rayon C.Rəhimov adına 146 saylı orta məktəbin PTS qrup rəhbəri, Sabirabad rayon S.Ağayev adına Axtaçı-Muğan kənd tam orta məktəbinin kimya müəllimi