Hacıqabul məktəblisi kempo üzrə turnirdə I yeri tutub
Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağamməd Ağamətli kempo idman növü üzrə açıq respublika turnirində fərqlənib.
Bu barədə "Azərbaycan müəllimi"nə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Ağamməd Ağamətli turnirdə 18 yaşlı idmançılar arasında 75 kq çəki dərəcəsində I yerə layiq görülərək medal və diplomla təltif edilib.



