İcma əsaslı qruplara 20 min uşaq cəlb olunub

12 Fevral, 2025 - 12:03
İcma əsaslı qruplara 20 min uşaq cəlb olunub
İcma əsaslı qruplara 20 min uşaq cəlb olunub

Artıq 20 min uşaq “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə cəlb edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ucqar regionlarda alternativ modellərin tətbiqi davam edir. Bir neçə regionda artıq tərbiyəçi-müəllimlər evlərində məktəbəqədər yaşlı uşaqları məşğələlərə cəlb ediblər. Bu işlər uğurla həyata keçirilən ailə tipli məktəbəqədər təlim qrupları çərçivəsində yerinə yetirilir.