İdris İsayev: Gənclərimiz üçün ölkədə geniş imkanlar var
"Siz həyatınızın bir mərhələsini başa vurub digərinə qədəm qoyursunuz. Bəziləriniz ölkədə, yaxud xaricdə təhsilini davam etdirəcək, bəziləriniz isə əmək fəaliyyətinə başlayacaq”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun günü” tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Gəncləri bu gün münasibətilə təbrik edən, onlara uğurlar arzulayan nazir müavini əlavə edib ki, gənclərimiz üçün ölkədə geniş imkanlar var. Universitetlərdə ikili diplom proqramlarının sayı artırılır.
İ.İsayev qeyd edib ki, ilk dəfə 3 Azərbaycan universiteti QS reytinqində TOP 800-ə daxil olub:
"Ölkəmizin gələcəyi siz gənclərdən asılıdır. Amma unutmamalıyıq ki, siz daim öyrənməlisiniz. Rəqəmsal transformasiya, süni intellekt həyatımızın bir parçasına çevrilib. Siz bu sahələrə dərindən yiyələnməlisiniz".




