İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə HTP çərçivəsində təhsil alacaq

23 Sentyabr, 2026 - 10:14
İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə HTP çərçivəsində təhsil alacaq

Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı (HTP) vasitəsilə Mərakeş Krallığında təhsil almaq hüququ qazanıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu imkan 2026-cı il fevralın 16-da Mərakeşin paytaxtı Rabat şəhərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında imzalanmış elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş əsasında yaradılıb.

Proqram çərçivəsində seçilmiş azərbaycanlı tələbə 2026–2027-ci tədris ilindən etibarən Mərakeşin Mohammed V Universitetində "Psixologiya" ixtisası üzrə bakalavriat təhsili alacaq.

Bu, Azərbaycan və Mərakeş arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin xaricdə təhsil imkanlarının şaxələndirilməsi istiqamətində atılan növbəti addımdır.