İndiyədək 761 min manata yaxın təhsil tələbə kredit vəsaiti bağışlanıb

25 Dekabr, 2025 - 11:00
İndiyədək 761 min manata yaxın təhsil tələbə kredit vəsaiti bağışlanıb

“Ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 sosial təhsil tələbə krediti (TTK) müqaviləsi üzrə 50 faiz və 1679 standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub”.

“Azərbaycan müəllimi”  xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib. 

O bildirib ki, ümumilikdə 761 min manata yaxın kredit vəsaiti bağışlanıb.

Qeyd edib ki, kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır.