“İnnovativ məktəb” layihəsinin növbəti mərhələsinə start verilib

28 Oktyabr, 2026 - 17:00
“İnnovativ məktəb” layihəsinin növbəti mərhələsinə start verilib

Oktyabrın 26-da İsrailin Təl-Əviv şəhərində Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsinin ikinci mərhələsinə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində “Təhsildə liderlik” mövzusunda təşkil olunan təlimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən həyata keçirilir.

Təlimlərdə 23 məktəbi təmsil edən pedaqoji heyət, Regional Təhsil İdarələrinin nümayəndələri, eləcə də ARTİ və MÜTDA əməkdaşları olmaqla, ümumilikdə 48 nəfər iştirak edir. İştirakçılar müasir tədris metodologiyaları, fənlərarası layihələr, analoqlara və əməkdaşlığa əsaslanan öyrənmə, layihə əsaslı öyrənmə eləcə də süni intellektin tədris prosesində istifadəsi kimi mövzularda nəzəri və praktiki fəaliyyətlərə cəlb olunurlar.

Proqram çərçivəsində Azərbaycan müəllimləri ORT Rabin, Kiryat Motzkin məktəblərinə səfər edərək İsrailin məktəb sistemi ilə yaxından tanış olublar. Səfərlər zamanı iştirakçılar dərs prosesini və müəllim-şagird münasibətlərini müşahidə etmək, məktəblərin tədris mühiti ilə tanış olmaq, həmçinin praktiki fəaliyyətlər vasitəsilə öyrəndikləri yanaşmaları tətbiq etmək imkanı əldə ediblər.

Qeyd edək ki, sözügedən təlimlər 11 noyabr tarixinədək davam edəcək.