“İnteraktiv Təhsil Yardımı” layihəsi  təhsildə keyfiyyətin artmasına xidmət edir – Emin Əmrullayev

28 Noyabr, 2025 - 17:02
“İnteraktiv Təhsil Yardımı” layihəsi  təhsildə keyfiyyətin artmasına xidmət edir

“Naxçıvan Muxtar Respublikasına “İnteraktiv Təhsil Yardımı” layihəsi daha çox maddi dəstəkdir. Bu dəstək ayrı-ayrı həmkarlar tərəfindən təqdim edilib. Bu layihə 316 məktəbin rəqəmsallaşması, fiberoptik internetə qoşulması, o cümlədən  2300 planşetin şagirdlərə verilməsi,  bu işin təşkil üçün zəruri olan serverin, data mərkəzinin qurulması, o cümlədən də 24 məktəbin kameralaşması və idarə edilməsini özündə birləşdirir”.  

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Bu avadanlıqlar Naxçıvan Muxtar Respublikasının məktəblərində həm rəqəmsallaşma, həm elektron təhsilinin qurulması, eyni zamanda da təhsildə  keyfiyyətin artmasına xidmət edir”, – deyə E. Əmrullayev bildirib