İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA

10 Oktyabr, 2026 - 15:10
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA

Bakıda Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, məktəb rəsmi “Facebook” səhifəsində yayılan məlumatları təkzib edib.

Açıqlamada direktorun vəzifəsinin icrasını davam etdirdiyi bildirilib:

“Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir. İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”.