Kənd məktəbindən olimpiada finalına yüksəldilər

16 Mart, 2026 - 10:44
Kənd məktəbindən olimpiada finalına yüksəldilər

Ordubad rayonu ümumtəhsil məktəblərində təhsil alan 4 şagird Respublika fənn olimpiadalarının finalında iştirak hüququ əldə edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cəfər Səfərli riyaziyyat, Ordubad İnternat tam orta məktəbinin IX sinif şagirdi Nazim İsgəndərov tarix,  Nüsnüs kənd tam orta məktəbinin VIII sinif şagirdi Lalə Salehova riyaziyyat, eyni zamanda informatika, Biləv kənd tam orta məktəbinin XI sinif şagirdi Damla Fətəlizadə Azərbaycan dili fənni üzrə olimpiadanın finalında iştirak edəcək.

Qeyd edək ki, şagirdlərdən ikisi kənd məktəbində təhsil alır.