Kənd məktəbinin şagirdi Azərbaycan çempionu oldu

6 Mart, 2026 - 15:59
Kənd məktəbinin şagirdi Azərbaycan çempionu oldu

Ağstafa rayonunun şagirdi boks üzrə Azərbaycan çempionatının qalibi olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi İmanova Zəhra Tofiq qızı boks üzrə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb və qızıl medal qazanıb.

Qeyd edək ki, U-17 yaş kateqoriyasında çıxış edən Zəhra İmanova qarşıdakı Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil edəcək.

Kənd məktəbinin şagirdi Azərbaycan çempionu oldu
Kənd məktəbinin şagirdi Azərbaycan çempionu oldu
Kənd məktəbinin şagirdi Azərbaycan çempionu oldu