Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

23 Aprel, 2025 - 16:32
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Aprelin 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Gəncə, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Mingəçevir, Qəbələ, Yevlax, Bərdə, Salyan, Neftçala, Hacıqabul, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib