LDU-nun nümayəndə heyəti Qazi Universitetində olub
Noyabrın 12-də Lənkəran Dövlət Universitetinin (LDU) rektor müşaviri prof. Mikayıl Məhərrəmov, Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev, Elm və tədqiqat işləri şöbəsinin müdiri dos. Ülkər Babayeva Qazi Universitetinə işgüzar səfər edib.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetden məlumat verilib
Bildirilib ki, səfərin məqsədi ikili diplom layihəsinin müzakirəsi, mövcud olan əməkdaşlıq müqaviləsinin genişləndirilməsi və QS reytinq sistemi ilə bağlı məsələləri müzakirə etmək olub.
Səfər zamanı Qazi Universitetinin prorektoru, dekanları və QS komandası ilə görüş keçirilib və ikili diplom layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Sonda xatirə hədiyyələri təqdim edilib.


