Magistratura səviyyəsində "Pedaqogika" ixtisasının yeni təhsil proqramı təsdiq olunub

11 Avqust, 2025 - 10:02
Magistratura səviyyəsində "Pedaqogika" ixtisasının yeni təhsil proqramı təsdiq olunub
Magistratura səviyyəsində "Pedaqogika" ixtisasının yeni təhsil proqramı təsdiq olunub

Avqustun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) həmsədri olduğu Təhsil ixtisasları işçi qrupu tərəfindən hazırlanmış magistratura səviyyəsi üzrə "Pedaqogika" ixtisasının yeni təhsil proqramı Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, növbəti mərhələdə avqust ayının sonunadək ADPU-nun müvafiq ixtisas kafedraları tərəfindən "Pedaqogika" ixtisasına daxil olan 34 magistr ixtisaslaşmasının yeni təhsil proqramları və tədris planları hazırlanacaq.