Maksimum bal toplayan müəllim: “Məqsəd olanda nəticə də yüksək olur”
Sertikatlaşdırmanın ikinci günündə Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Gülşən Səlimova maksimum nəticə göstərən təhsilverənlərdən biri olub.
Gülşən müəllim sevincini "Azərbaycan müəllimi" ilə bölüşüb:
"2015-ci ildən əmək fəaliyyətinə başlamışam. Rayonun müxtəlif kəndlərində yerləşən məktəblərdə çalışmışam. Ötən ildən isə M. Aranlı adına 11 nömrəli tam orta məktəbdə işləyirəm. İmtahana girəndə həyəcanlı idim, imtahandan çıxmışam, amma həyəcanım yenə də qalıb. Həm asan, həm düşündürücü suallar var idi. İmtahan növbəti günlərdə də davam edəcək. Burada iştirak edəcək müəllimlərə demək istərdim: inanaraq çalışmaq lazımdır ki, uğur qazanılsın. Maraq, məqsəd olanda nəticə də yüksək olur".



