Masallı taekvondoçusu bürünc medal qazanıb

29 Dekabr, 2025 - 20:00
Masallı taekvondoçusu bürünc medal qazanıb

Dekabrın 23–27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, milli komandanın üzvü, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Ədiş Cəlilov 51 kq çəki dərəcəsində çıxış edərək 3-cü yerə layiq görülüb və Azərbaycan birinciliyinin bürünc medalını qazanıb.

İdmançının məşqçisi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin taekvondo bölməsinin məşqçi-müəllimi Sadiq Ağayevdir.