Masallıda kitab festivalı keçiriləcək

23 Aprel, 2026 - 10:03
Masallıda kitab festivalı keçiriləcək

Masallı şəhərində “Masallı Kitab Festivalı – 2026” təşkil olunacaq. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən festival Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Masallı rayonu üzrə təhsil sektoru və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək.

Tədbir 30 aprel – 2 may tarixlərində, saat 11:00-dan etibarən Masallı Rayon İcra Hakimiyyətinin qarşısında baş tutacaq festival çərçivəsində müxtəlif nəşriyyatların kitab sərgiləri, müəlliflərlə görüşlər, imza günləri və oxucular üçün maraqlı təqdimatların təşkili nəzərdə tutulur. Eyni zamanda, gənclərin və məktəblilərin kitaba marağının artırılması istiqamətində maarifləndirici tədbirlər də təşkil olunacaq.

Qeyd edək ki, festivalın məqsədi kitab oxumağın təbliği, mütaliə mədəniyyətinin inkişafı, eləcə də cəmiyyətin intellektual potensialının artırılmasına töhfə verməkdir.