Masallının məktəblərində "Startap və İnnovasiya" ayı keçiriləcək

21 Yanvar, 2026 - 11:12
Masallının məktəblərində "Startap və İnnovasiya" ayı keçiriləcək

Masallı rayon ümumtəhsil məktəblərində "Startap və İnnovasiya" ayı keçiriləcək.

"Azərbaycan müəllimi" Masallı rayonu üzrə təhsil sektoruna istinadən xəbər verir ki, fevralda keçiriləcək "Startap və İnnovasiya" ayındakı fəaliyyətlər həftələr üzrə müəyyənləşdirilib.

2-8 fevral (1-ci həftə) "İdeyalar" həftəsi, 9-15 fevral (2-ci həftə) "İdeyadan - Startapa" həftəsi, 16-22 fevral (3-cü həftə) "Komanda işi və liderlik" həftəsi, 23-28 fevral (4-cü həftə) "Yarat" həftəsi təşkil olunacaq.