MDU-da "Scopus" göstəriciləri 3 dəfə artıb

16 Noyabr, 2026 - 14:09
MDU-da "Scopus" göstəriciləri 3 dəfə artıb

Mingəçevir Dövlət Universitetində (MDU) aparılan yenilənmə yalnız təmir-bərpa işləri ilə məhdudlaşmır. Son bir il ərzində universitet əməkdaşları 100-ə yaxın elmi və akademik nəticə əldə edib, bu nəticələrə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, son bir ayda isə universitet alimlərinin 40 məqaləsi "Scopus" beynəlxalq elmi bazasında indekslənib. 

Son bir il ərzində MDU əməkdaşları dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, beynəlxalq nüfuzlu elmi jurnallarda indekslənən məqalələr və digər elmi-tədqiqat məhsulları üzrə ümumilikdə 100-ə yaxın uğurlu nəticə əldə ediblər. Bu nailiyyətlərə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb.

Əməkdaşların elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, peşəkar inkişafının dəstəklənməsi və motivasiyasının artırılması məqsədilə universitetdə diferensial əməkhaqqı sistemi tətbiq olunur. Dekabr 2026-cı ildə elmi, tədris və digər akademik fəaliyyət göstəricilərinə əsasən 30 əməkdaşın əməkhaqqı artırılacaq:


Prosesin şəffaf, obyektiv və nəticəyönümlü təşkili üçün universitetdə ASİS (Akademik Stimullaşdırma və İnkişaf Sistemi) platformasının təqdimatı keçirilib. Əməkdaşlara elmi və akademik nəticələrini sistemə yerləşdirmək, göstəricilərini təqdim etmək və qiymətləndirmə prosesində iştirak etmək imkanları barədə məlumat verilib.

Son beş il ərzində universitetin "Scopus" beynəlxalq elmi bazasında indekslənən məqalələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. 2026-cı ilin noyabr ayınadək əldə olunan nəticə 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Bu nəticələr universitetin elmi inkişafda həm keyfiyyət, həm də kəmiyyət baxmından yeni mərhələyə keçdiyini göstərir. Artım elmi-tədqiqat fəaliyyətinə verilən strateji önəmin, akademik heyətin fəallığının, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və tədqiqat mədəniyyətinin inkişafının bəhrəsidir.

"Scopus" "Elsevier" tərəfindən idarə olunan nüfuzlu elmi-metrik bazadır. Jurnallar bu bazaya beynəlxalq ekspertlərdən ibarət Məzmun Seçimi və Məsləhət Şurasının (CSAB) qiymətləndirməsindən sonra daxil edilir. Bu qiymətləndirmədə elmi keyfiyyət, nəşr etikası, redaksiya siyasəti və resenziya prosesi nəzərə alınır. Bu səbəbdən "Scopus"da indekslənən nəşrlər universitetin beynəlxalq elmi görünürlüyünün əsas göstəricilərindən biridir.

Son bir ay ərzində MDU əməkdaşlarının 40 elmi məqaləsi "Scopus" elmi-metrik bazasında indekslənib. Onlardan 8-i ən yüksək kateqoriya olan Q1 kvartil jurnallarında dərc olunub.


Q1 və Q2 kvartil jurnallarındakı nəşrləri ilə fərqlənən əməkdaşlar:

Qeyd edək ki, bu təşəbbüslər universitetdə sağlam akademik rəqabət mühitinin formalaşmasına, yüksək nəticə göstərən əməkdaşların əməyinin layiqincə qiymətləndirilməsinə və elmi-tədqiqat fəaliyyətinin güclənməsinə xidmət edir.