MDU-nun sədası: Şəkidə Xalq şairinin 100 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib

20 Dekabr, 2025 - 11:58
MDU-nun sədası: Şəkidə Xalq şairinin 100 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib

Şəki bu dəfə poeziyanın və milli düşüncənin nəfəsi ilə yaşadı. Qafqaz dağlarının qoynunda qərar tutmuş bu qədim şəhər bir əsrlik zamanın arxasından gələn bir səsə – Bəxtiyar Vahabzadə sözünün səsinə qulaq kəsildi. Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı və “Techera Academy” MMC-nin dəstəyi ilə keçirilən “Bəxtiyar Vahabzadə yurdunda Mingəçevir Dövlət Universiteti sədası” adlı ədəbi-bədii tədbir Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutub.

 "Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki şəhər Təşkilatının, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, Şəki-Zaqatala Regional Təhsil və Mədəniyyət idarələrinin rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsi, Şəki şəhər Məhkəməsinin hakimi Pərvanə Məmmədova, şairin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, eləcə də UNEC-in Zaqatala filialı, ADPU-nun Şəki filialı və Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və Dövlət himninin səsləndirilməsi ilə tədbir başlayıb. Ardınca Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq yolunu əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib. Süni intellekt texnologiyaları ilə ərsəyə gəlmiş bu video şair ömrünün poetik ritmini müasir təqdimat forması ilə birləşdirərək zalda dərin təəssürat yaradıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında Bəxtiyar Vahabzadə irsinin Azərbaycan mədəniyyət və ədəbiyyatındakı yerinə geniş toxunub. O qeyd etdi ki, şairin yaradıcılığı milli kimliyin formalaşması, vətənpərvərlik düşüncəsinin güclənməsi və gənclərin ideoloji tərbiyəsi baxımından əvəzsiz dəyərə malikdir. Rektor vurğulayıb ki, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin təbliği istiqamətində sistemli işlər aparılır və bu tədbir də həmin missiyanın tərkib hissəsidir. O, Bəxtiyar Vahabzadənin “sözün vətəndaşı” olduğunu, poeziyasının zaman və məkan anlayışlarını aşaraq əbədiyyət qazandığını xüsusilə bildirib.

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov çıxışında Bəxtiyar Vahabzadənin yaradıcılığında vətəndaşlıq mövqeyinin xüsusi yer tutduğunu vurğulayıb. O, şairin poetik dünyasının bütöv bir nəsli formalaşdırdığını, mübarizlik və milli kökə bağlılıq ideyalarının gənclərin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib. Natiq əlavə edib ki, regionlarda bu cür tədbirlərin keçirilməsi ədəbi mühitin canlanmasına və gənclərin vətənpərvərlik tərbiyəsinə ciddi töhfə verir.

ADPU-nun Şəki filialının direktor müavini Gülnarə Abdullayeva çıxışında Bəxtiyar Vahabzadə poeziyasının pedaqoji düşüncə üçün qiymətli metodoloji baza olduğunu söyləyib. O bildirib ki, şairin yaradıcılığı dil və ədəbiyyat dərslərində təkcə mətn kimi deyil, həm də mənəvi yönəldici kimi istifadə olunur. Onun fikrincə, Bəxtiyar poeziyası şagirdi düşünən, hiss edən, məsuliyyətli vətəndaşa çevirən böyük bir məktəbdir. Bəxtiyar Vahabzadə ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli tədbirdə çıxış edərək şairin həyatına dair xatirələr, əşyalar və sənədlər haqqında məlumat verib. O, Vahabzadənin ev muzeyində qorunan eksponatların şairin həyat ritmini və düşüncə dünyasını anlamaq üçün çox önəmli olduğunu bildirib. Natiq vurğulayıb ki, Bəxtiyar Vahabzadə yalnız yaşadığı dövrün yox, daim yenilənən, gələcək nəsillərin də ilham mənbəyinə çevrilən bir şəxsiyyətdir.

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü çıxışında Bəxtiyar Vahabzadənin ədəbi irsinin elmi aspektlərinə geniş toxunub. O qeyd edib ki, şairin yaradıcılığı təkcə poetik mətnlər toplusu deyil, həm də konseptual düşüncə strukturu, milli kimlik kodlarının ifadəsidir. Onun fikrincə, Vahabzadə poeziyası elmi-tədqiqatlar üçün geniş material təqdim edir və bu irs müasir şəraitdə də aktual olaraq qalır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxışında şairin yaradıcılığının tədrisdə əhəmiyyətindən danışıb. O, müəllimlərin Bəxtiyar irsindən dərslik kimi yox, tərbiyə vasitəsi kimi istifadə etdiyini vurğulayıb. G.Mahmudova qeyd edib ki, şairin misralarında uşaqları formalaşdıran böyük bir ideoloji güc var və bu güc regionun təhsil həyatında xüsusi yer tutur.

AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov-Muradxanlı şairin dilçilik və toponimiyaya dair düşüncələrindən bəhs edərək qeyd edib ki, Bəxtiyar Vahabzadə təkcə şeir yazmayıb, həm də milli yaddaşın dil və coğrafiya üzərində qorunmasına xidmət etmişdir.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin sektor müdiri Elvin Qarayev isə tədbirin regional mədəniyyət mühitində oynadığı rolu yüksək qiymətləndirib. O bildirib ki, bu tip tədbirlər bölgələrdə ədəbi həyatın inkişafına və gənclərin mədəni zövqünün formalaşmasına mühüm təsir göstərir.

Tədbirin bədii hissəsində MDU tələbələri və Şəki-Zaqatala bölgəsinin məktəbliləri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndirərək şairin poeziyasını sanki yenidən dirçəldiblər. Musiqi nömrələri və ədəbi kompozisiyalar tədbirə xüsusi ruh qataraq yubiley proqramını daha təsirli edib.

Tədbirin davamı Bəxtiyar Vahabzadə ev muzeyində olub. İştirakçılar şairin şəxsi əşyaları, fotoları və yaradıcılıq irsini əks etdirən sənədlərlə tanış olaraq onun mənəvi dünyasına bir addım daha yaxınlaşıblar.

"Azərbaycan müəllimi" redaksiyası olaraq biz bu tədbirdə bir daha şahid olduq ki, Bəxtiyar Vahabzadənin irsi yalnız ədəbiyyat tarixinin bir hissəsi deyil, həm də maarifçilik ideologiyasının aparıcı xəttidir. Şəkidə keçirilən bu tədbir regionun təhsil, mədəniyyət və ideoloji həyatına dərin təsir göstərən, gəncləri milli-mənəvi dəyərlər ətrafında birləşdirən böyük bir hadisə oldu.

Bu konfrans bir daha sübut etdi ki, söz yaşayan yerdə düşüncə də yaşayır, düşüncə yaşayan yerdə isə inkişaf dayanmaz.