MDU Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir

7 Aprel, 2026 - 14:13
MDU Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir

Qazaxıstanın Almatı şəhərində keçirilən Azərbaycan və Qazaxıstan rektorlarının II Forumu çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əməkdaşlıq əlaqələri daha da genişlənir.

"Azərbaycan müəllimi" xəbər verir ki, forum çərçivəsində Mingəçevir Dövlət Universiteti Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb: Manash Kozybayev adına Şimali Qazaxıstan Universiteti (M.Kozybayev North Kazakhstan University), Akademik Y.A.Buketov adına Karaqanda Universiteti (Karaganda University named after Academician E.A.Buketov), Qorqud Ata adına Qızılorda Universiteti (Korkyt Ata Kyzylorda University).

İmzalanmış memorandumlar təhsil, elm və innovasiya sahələrində qarşılıqlı əməkdaşlığın inkişafına, müəllim-tələbələrin mübadilə imkanlarının genişləndirilməsinə, ikili diplom proqramlarının icrası, magistratura səviyyələrində elmi rəhbərlərin təyini, “Orhun Mübadilə Proqramının” imkanlarının genişləndirilməsinə və birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsinə mühüm zəmin yaradır.

Bu mühüm əməkdaşlıqların qurulmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev başda olmaqla Elm və Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk.

İnanırıq ki, yaradılan yeni tərəfdaşlıqlar universitetlərimiz arasında strateji əməkdaşlığın gücləndirilməsinə və ümumilikdə Türk dünyasında ali təhsilin inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.