“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 Fevral, 2025 - 17:12
“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb
“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

Peşə təhsili müəssisələrində dağ-mədən sahəsi üzrə təhsil alan tələbələr üçün “Mədən topoqrafiyası” adlı dərs vəsaiti hazırlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün 4-cü Təqaüd Proqramı Müsabiqəsi qaliblərinin mükafatlandırılma və “Mədən topoqrafiyası” kitabının təqdimatı ilə bağlı təşkil edilən tədbirdə deyib. 

O bildirib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə türk dilindən Azərbaycan dilinə tərcümə və nəşr edilən kitab Gəncə, Daşkəsən və Gədəbəydə yerləşən peşə məktəblərinə paylanılıb:

“Hesab edirəm ki, bu dəyərli dərs vəsaiti dağ-mədən sahəsi üzrə təhsil alan peşə məktəbi tələbələrinin topoqrafiya sahəsinə dair yeni biliklər əldə etməsi, bu sahənin incəliklərini dərindən mənimsəməsi və gələcəkdə onları öz peşə fəaliyyətində tətbiq etməsi baxımından olduqca faydalıdır”.