Məktəb rəhbərləri üçün korrupsiya ilə bağlı tədbir keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinin rəhbərləri üçün maarifləndirici tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki,tədbirdə korrupsiyaya qarşı mübarizə, əmək intizamının gücləndirilməsi, etik davranış qaydalarına riayət və şəffaf idarəetmə prinsipləri barədə ətraflı məlumatlar verilib.Həmçinin məktəbdaxili idarəetmənin düzgün təşkili və etik davranış qaydalarının tətbiqi ilə bağlı təqdimatlar keçirilib.
Görüş zamanı mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




