Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı

14 İyun, 2025 - 10:44
Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı
Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı

“Yaxın günlərdə məktəbəhazırlıq qruplarına da qəbul proresi başlayacaq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki,  bunu   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, iyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər. Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək:

“Məktəbə hazırlıq qruplarının təşkili  uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir”.