Məktəbəqədər təhsilə dair tədbir keçiriləcək - Qeydiyyat başladı

28 Sentyabr, 2026 - 18:48
Məktəbəqədər təhsilə dair tədbir keçiriləcək

Oktyabrın 3-ü saat 10:00-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (əsas korpus) “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı tədbir keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir çərçivəsində məktəbəqədər təhsildə keyfiyyətin təmin olunması, uşaqların inkişafını dəstəkləyən müasir yanaşmalar, təlim mühitinin formalaşdırılması və dayanıqlı inkişaf istiqamətində aktual məsələlər müzakirə olunacaq.

Qeydiyyat linki: https://forms.gle/Afipq6YkS3LUKS268

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında tədris aparan ibtidai sinif müəllimləri, icma əsaslı məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərini bu dəyərli görüşə dəvət edilir.

Məktəbəqədər təhsildə keyfiyyətli başlanğıc, dayanıqlı gələcəyin təməlidir!