Məktəbəqədər təhsil müəssisələrinin sayı artıb
Şəhər və kənd yerləri üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı artaraq 1874-ə çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində yer alıb.
Qeyd edilib ki, onların 1702-i dövlət, 172-i özəl müəssisədir.
Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı da artıb. Belə ki, 2026-cı ilin əvvəlinə olan məlumata əsasən, 116,8 min uşaq təhsil alır.
Statistikaya əsasən, icma əsaslı məktəbəqədər təlim qruplarının sayı 1596, bu təlim qruplarına cəlb olunmuş uşaqların sayı isə 23,9 min nəfərdir.




