Milli Qəhrəmanın oğlu tələbə oldu

23 Avqust, 2025 - 20:34
Milli Qəhrəmanın oğlu tələbə oldu
Milli Qəhrəmanın oğlu tələbə oldu

Azərbaycanın Milli Qəhrəmanı, "Zəfər" ordenli, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Həmidli Nurlan Şükür oğlu tələbə adını qazanıb.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Həmidli Nurlan Türkiyənin Eskişehir Osmanqazi Universitetinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına qəbul olub:

“Həmidli Nurlan Qubadlı rayonu Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin məzunudur.

Məzunumuzu təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayırıq!”.