MİQ-lə bağlı YENİLİK tətbiq olunacaq

24 İyun, 2026 - 13:43
MİQ-lə bağlı YENİLİK tətbiq olunacaq

Müəllimlərin İşə Qəbul (MİQ) sistemi üzrə ödəniş modulu qurulacaq.

"Azərbaycan müəllimi" Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedur tamamlanıb.

Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi nəzərdə tutulur.

Həmçinin sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti və s. xidmətlər göstəriləcək.