MRİO-nun fəal dəstəkçiləri təltif olunub

29 Sentyabr, 2026 - 10:27
MRİO-nun fəal dəstəkçiləri təltif olunub

Məktəblilərin Respublika İdman Olimpiadasının (MRİO) yüksək səviyyədə təşkili və keçirilməsində fəal iştirak edən bir sıra təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

“Azərbaycan müəllimi” xəbər verir ki, təltifetmə mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında idmanın təbliği, onların sağlam həyat tərzinə təşviqi və idman bacarıqlarının inkişaf etdirilməsi istiqamətində keçirilən belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Nazir müavini bildirib ki, Məktəblilərin Respublika İdman Olimpiadasının keçirilməsi şagirdlərin müxtəlif idman növlərinə marağının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, məktəblilərin idmana cəlb olunmasının və idman yarışlarının davamlılığının təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.

MRİO-nun açılış mərasiminin ideya müəllifi, bədii rəhbəri və quruluşcu rejissoru Ülviyyə Könül bildirib ki, bu, məktəblilər üçün respublika miqyasında ən yüksək səviyyəli tədbirlərdən biri olub. Belə tədbirlərin təşkili məktəblilər arasında idmanın təbliği baxımından çox gözəl təşəbbüsdür:

“Düşünürəm ki, bizim işimiz çox gözəl alındı. Həmçinin çox maraqlı səhnə, dekor və ekran konsepti var idi. Bu tədbir üçün bizim təklifimizlə məktəblilərin olimpiya himni yazılmışdı. Sözləri və musiqisi Aytən İsmixanovaya məxsusdur. Himni ekskluziv olaraq Mərdan Kazımov açılışda ifa etdi. Bizim komanda bu işin öhdəsindən çox uğurla gəldi.  Bu tədbirin bir parçası olmaq bizim üçün böyük şərəfdir”.

Təhsil Televiziyasının direktoru Bəhruz Nəzərov isə bildirib ki, Məktəblilərin Respublika İdman Olimpiadası kimi mötəbər tədbirin işıqlandırılmasına verdikləri töhfəyə görə təşəkkürnamə ilə təltif olunmaları onlar üçün böyük məsuliyyətdir:

“Təhsil TV olaraq uşaq və gənclər arasında idmanın kütləviləşməsini hər zaman prioritet saymışıq. Bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Başlıca missiyamız sağlam, bilikli və vətənpərvər gənc nəslin yetişməsinə media dəstəyi göstərməkdir. Bu mükafat komandamızın əməyinə verilən yüksək qiymətdir”.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası 20–26 iyun tarixlərində keçirilib. Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və idman federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan olimpiada məktəblilər arasında keçirilən ilk genişmiqyaslı respublika idman tədbiri olub.

Olimpiadada Azərbaycanın 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edib. Yarışlarda Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Uşaq-gənclər idman məktəblərinin yetirmələri mübarizə aparıblar.

Olimpiadanın əsas məqsədləri məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, uşaqların fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləmək olub.