MÜTDA: Uşaqların 70%-i məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilib
“2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib. İndiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.



