Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb

18 Dekabr, 2024 - 17:43

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Universitetdən "Azərbaycan müəllimi" nə bildirilib ki, memoranduma akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, tərəflərin fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq ikili diplom proqramlarının həyata keçirilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, mədəni fəaliyyətlərdə nəşr və yaxud əməkdaşlıq etmək məsələləri nəzərdə tutulub. 

NDU-nun əsas məqsədi Azərbaycan və beynəlxalq təhsil sistemləri ilə inteqrasiyanı gücləndirərək, ali təhsil müəssisəsini dünyanın qabaqcıl universitetlərindən birinə çevirməkdir. Diqqətə çatdırılıb ki, tədqiqat potensialını artırmaq, əmək bazarı və sənaye sektoru ilə sıx əlaqələr qurmaq, tədqiqatyönümlü tədrisi inkişaf etdirmək universitetin prioritetlərindən biridir. 
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev  elmin və təhsilin inkişafının müasir cəmiyyət üçün əsas prioritet olduğunu vurğulayıb.

Professor bildirib ki, elm və təhsil sahəsindəki irəliləyişlər, sosial və iqtisadi inkişafın mühüm təməlini təşkil edir.