Naxçıvan Dövlət Universitetində kitab sərgisi keçirilib

10 Dekabr, 2025 - 15:52

Dekabrın 10-da Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti və “Loqos” Nəşriyyatının birgə təşkilatçılığı ilə bilik və maarifləndirmə məqsədi daşıyan kitab sərgisi keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, sərgi universitetin Xarici dillər fakültəsində başlayıb və paralel olaraq Beynəlxalq münasibətlər, Tibb fakültələrində, eləcə də NDU nəzdində Beynəlxalq Kembric məktəbində də təşkil olunub.

Sərginin açılışında ali təhsil ocağının rektoru Elbrus İsayev iştirak edib. O belə sərgilərin tələbələrin intellektual inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb və kitab mütaliəsinin tədris prosesində əvəzsiz əhəmiyyət daşıdığını qeyd edib.

Üç gün davam edəcək sərgidə “Loqos” Nəşriyyatının müxtəlif sahələrə aid nəşrləri, rus, ingilis və alman dillərində bədii ədəbiyyatlar və xüsusi təqdimatlar sərgilənir.

Tədbir müəllim, tələbə və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.