Naxçıvan məktəblərində bu vəzifəyə işə qəbul başlayır
Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbuluna başlayır.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər fevralın 13-dək şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə şəhər və rayon Təhsil şöbələrinə təqdim edə bilərlər.
Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.
Müsabiqə şərtləri ilə bağlı məlumat https://l24.im/Zg0L linkində, proqramla bağlı məlumat https://l24.im/P2c7v3B linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə https://l24.im/D7ATZ4 linkində yerləşdirilib.
Müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 19 vəzifə çıxarılıb.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə tədris rus dilində aparıldığından müsahibə zamanı namizədlərin həm də rus dilində danışıq qabiliyyəti yoxlanılacaq.



