Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasında 6-cı oldular 

2 Dekabr, 2025 - 16:21
Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasında 6-cı oldular 

27-29 noyabr tarixlərində Sinqapurda keçirilən Dünya Robot Olimpiadasında (WRO) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən  STEAM Təlim-Tədris Mərkəzinin şagirdləri uğurlu nəticəyə imza atıblar. 

"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər 110  ölkənin 24000-dən çox komandası arasından seçilərək "Robosports" kateqoriyasında 56 ölkə arasında finala yüksəliblər. Final yarışlarının nəticəsində dünya  üzrə 6-cı pillədə yer alıblar.

Qeyd edək ki, komandanın üzvləri Tayfun İmanlı,  Amin Əlizadə və  Murad Kərimovdur.

Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasında 6-cı oldular 
Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasında 6-cı oldular 
Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasında 6-cı oldular