Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub

10 İyun, 2025 - 15:00
Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub
Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub

Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi və “ÖzünÖyrən” MMC-nin rəsmi təşkilatçılığı ilə informatika və rəqəmsal inkişafın təbliğinə yönələn Bebras İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin final mərhələsinin nəticələri elan olunub. 

"Azərbaycan müəllimi" Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə iştirak edən Culfa şəhəri 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Murad Qasımov müsabiqədə II yeri tutub.