Naxçıvan məktəblisi buraxılış imtahanında maksimum bal topladı
Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində keçirilən imtahanların nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.



