Naxçıvanın Təhsil Nazirliyi 374 nəfəri işlə təmin edib
2025-ci il ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məşğulluq tədbirləri nəticəsində ümumilikdə 374 vətəndaş işlə təmin olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında təhsil naziri Elxan Nəcəfov məlumat verib.
Bildirilib ki, Nazirliyin Aparatına və tabeliyində olan qurumlara 225 nəfər müsabiqə yolu ilə, 149 nəfər isə Məşğulluq Xidmətinin göndərişi əsasında işə qəbul edilib. İşlə təmin olunanlardan 12-si dövlət qulluğuna, 9-u direktor və müdir, 132-si müəllim, 9-u tərbiyəçi-müəllim, 6-sı peşə təhsili üzrə ixtisas fənn müəllimi və istehsalat təlim ustası, 44-ü tədris-köməkçi heyət, 13-ü musiqi rəhbəri vəzifələrinə 149-u isə texniki heyət vəzifələrinə təyin olunub.



