Naxçıvan Tibb Kollecində tələbələr həyat xilas edən bacarıqlarını nümayiş etdiriblər

21 May, 2026 - 10:10
Naxçıvan Tibb Kollecində tələbələr həyat xilas edən bacarıqlarını nümayiş etdiriblər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü və “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “İlk Tibbi Yardım” mövzusunda tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə kollecin direktor vəzifələrini müvəqqəti icra edən Səidə Şahverdiyeva çıxış edərək vaxtında və düzgün göstərilən ilk tibbi yardımın insan həyatının xilas edilməsində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra kollecin tələbələri müxtəlif mövzular üzrə ilk tibbi yardım qaydalarını nümayiş etdiriblər. Təqdim olunan mövzular arasında ürəyin qapalı masajı və süni tənəffüs, ilan və həşərat sancmaları, sınıq, çıxıq və burxulmalar, qanaxmalar, asfiksiya, suda batma, anafilaktik şok, zəhərlənmələr, uzunmüddətli sıxılma sindromu (kraş sindromu), epilepsiya, bayılma, hipoqlikemik və hiperqlikemik komalar, günvurma, donvurma, yanıqlar, botulizm, tetanus və travmalar zamanı göstərilən ilk tibbi yardım tədbirləri yer alıb.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələr praktik bilik və bacarıqlarını nümayiş etdirərək maarifləndirici çıxışlar ediblər.