Naxçıvanda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

5 Dekabr, 2025 - 21:20

Dekabrın 5-də görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirin “Naxçıvan səfəri” çərçivəsində böyük tərkibli nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.  

"Azərbaycan müəllimi" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Sevda Məmmədəliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və digər tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini anıblar. Tədbir iştirakçıları abidə önündə xatirə fotosu çəkdiriblər. 

Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi istifadəyə verilib.  

Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə - Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır.  

Mərkəzdə təşkil olunan “Akademik Yusif Məmmədəliyev-120” adlı guşədə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif fəaliyyət illərində aldığı patentlər, şəhadətnamələri, rəylər, məktublar nümayiş etdirilib. Eyni zamanda mərkəzin laboratoriyalarında universitet əməkdaşları tərəfindən aparılmış tədqiqat nəticələrinin yer aldığı yüksək impakt-faktorlu nəşrlər və patentlərdən ibarət sərgi, tələbələrin əldə etdiyi uğurlar, sertifikatlar, eləcə də “Akademik Yusif Məmmədəliyev adına təqaüd” diplomu, Akademik Yusif Məmmədəliyevə həsr olunmuş gənc alimlər arasında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin diplomları nümayiş olunur. 

Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər. Kimya ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı kimyəvi maddələrin reaksiyasından düzəldilmiş “Yusif Məmmədəliyev – 120” yazısı maraqla qarşılanıb. 

Universitetin konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır. Bu mayak yüzlərlə elm adamının yoluna işıq saçıb. Ümummilli Lider Heydər Əliyevin yüksək dəyər verdiyi Yusif Məmmədəliyev irsi bu gün Naxçıvan Dövlət Universitetində də ətraflı tədqiq olunur, gənc nəslə aşılanır. Ali təhsil ocağında görkəmli akademikin adına təqaüd təsis olunub, Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi istifadəyə verilib. 

Elbrus İsayev görkəmli akademikin 120 illik yubileyi münasibətilə ölkəmizdə keçirilən konfransın iştirakçılarının Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə iştirakından məmnunluğunu ifadə edib, hər kəsə təşəkkür edib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib. Səlahiyyətli nümayəndə bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmi-tədqiqat infrastrukturunun modernləşdirilməsi, innovasiya ekosisteminin genişləndirilməsi, alimlərin və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətində ardıcıl və sistemli addımlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyul 2025-ci il tarixində dahi kimyaçı, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncam da məhz elmə və təhsilə verilən bu yüksək qiymətin, milli elmi irsin qorunmasına və elmi mühitin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin bariz ifadəsidir.  

Vurğulanıb ki, ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da elm və təhsilin inkişafı müasir elmi-təhsil mühitinin qurulması əsas prioritetlərdən biri kimi müəyyən edilib, Xüsusilə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda elmin və təhsilin modernləşdirilməsi, tədqiqat mühitinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi, gənc mütəxəssis hazırlığının keyfiyyətinin artırılması strateji hədəflər kimi göstərilib. Həyata keçiriləcək layihələr ölkəmizin gələcək nəsil alimlərinin formalaşmasına, innovasiya mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə geniş perspektivlər açacaq.  

“Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin bu gün də canlı olduğunu, onun ideyalarının müasir çağırışlar fonunda aktuallığını qoruduğunun şahidiyik. Dövlətimiz belə şəxsiyyətlərin irsinə yüksək dəyər verir və bu elmi mirasın gələcək nəsillərə layiqincə çatdırılması üçün ardıcıl addımlar atır”, - fikirləri ilə çıxışını tamamlayan Ceyhun Cəlilov Akademik Yusif Məmmədəliyevin əziz xatirəsini bir daha ehtiramla yad edib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, uğurlar arzulayıb. 

Universitetin heykəltəraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi “Akademik Yusif Məmmədəliyev” portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib. 

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında “Akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar” adlı konsert proqramı təqdim edilib. 

Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva dövlətimizin elm adamlarının xidmətlərini hər zaman yüksək qiymətləndirdiyini bildirib, Ümummilli Lider Heydər Əliyevin akademik Yusif Məmmədəliyevin yubiley tədbirlərində iştirakını, ev muzeyinin yaradılması ilə bağlı təşəbbüsünü minnətdarlıqla xatırlayıb, Prezident cənab İlham Əliyevin Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamının bu diqqət və qayğının davamı kimi yüksək dəyərə malik olduğunu qeyd edib, tədbirin təşkilində əməyi olanlara təşəkkür edib. 

Yubiley tədbiri çərçivəsində görkəmli alimin doğulub böyüdüyü Ordubad şəhərinə də səfər edilib. Qonaqlar akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki abidəsinin bərpadan sonra açılışında iştirak edib, önünə tər güllər düzüblər.  

Sonra Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ziyarət edilib. Qonaqlara dünyaşöhrətli kimyaçı alimin həyat və fəaliyyətini əks etdirən fotolar, şəxsi əşyalar, elmi yaradıcılıq nümunələri və digər dəyərli eksponatlar barədə məlumat verilib.  

Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva atası ilə bağlı xatirələrini bölüşüb.