Naxçıvanda “ASAN xidmət”də vətəndaşlara 5 min təhsil xidməti göstərilib
2025-ci ildə Naxçıvan regional “ASAN xidmət” mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaşlara 5 minə yaxın təhsil xidməti göstərilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2025-ci ilin yanvar ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda xidmətlərin göstərilməsinə başlanılıb.
Qeyd edək ki, bu günə kimi mərkəzdə nazirliyin əməkdaşları tərəfindən vətəndaşlara 4967 təhsil xidməti göstərilib.
Məlumat üçün bildirək ki, mərkəzdə vətəndaşlara məktəbəqədər təhsil müəssisələrinə və uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, Peşə təhsili müəssisələrinə tələbə qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidmətləri göstərilir.


