Naxçıvanda bağça müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı görüş keçirilib

4 Noyabr, 2026 - 09:44
Naxçıvanda bağça müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırma prosesinə hazırlığın dəstəklənməsi və maarifləndirmə məqsədilə görüş keçirilib.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramov və sektor müdiri Aşən Əsgərova sertifikatlaşdırma prosesinin əsas mərhələləri, qiymətləndirmə çərçivəsi, test tapşırıqlarının sayı, bölmələri və əhatə etdiyi mövzular barədə ətraflı danışıblar.

Bildirilib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, onların davamlı inkişafının dəstəklənməsi və məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı tərbiyəçi-müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, hazırlıq mərhələsində diqqət yetirilməli məqamlar və təhsilverənlərə göstərilə biləcək əlavə dəstək imkanları müzakirə olunub.

Qeyd olunub ki, sertifikatlaşdırma tərbiyəçi-müəllimlərin peşəkar fəaliyyətinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının inkişafına, eləcə də karyera imkanlarının genişlənməsinə töhfə verir.