Naxçıvanda rus bölməsinə I sinif müsahibələri başlayıb

19 May, 2026 - 10:44
Naxçıvanda rus bölməsinə I sinif müsahibələri başlayıb

Mayın 18-dən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibə mərhələsinə başlanılıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun saat 11-dan  başlanılacaq.