Naxçıvanda bölgələr üzrə 2255 yeni kompüter paylanılıb

8 Sentyabr, 2026 - 17:05
Naxçıvanda bölgələr üzrə 2255 yeni kompüter paylanılıb

Naxçıvanda təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi və rəqəmsal təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti addım atılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransında MR Təhsil Nazirliyi Aparatının Strateji planlaşdırma və daxili nəzarət şöbəsinin Analitik təhlil və statistika sektorunun müdiri Məmməd Bayramov deyib.

O bildirib ki, maliyyə və satınalmalar çərçivəsində regionlar üzrə məktəblərin şagird-kompüter nisbətinin yaxşılaşdırılması məqsədilə ümumilikdə 2255 ədəd kompüter təhsil şöbələrinə və müvafiq müəssisələrə təqdim olunub.