Naxçıvanda daha bir yeni məktəb istifadəyə veriləcək
Ötən tədris ilində məktəblərin infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir bildirib ki, tədris ili ərzində bir yeni məktəb istifadəyə verilib:
"Hazırda Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin tikinti işləri davam etdirilir və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur".




