Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb

12 May, 2025 - 10:53
Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb
Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb

Bu gündən Naxçıvanda 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib.

Valideynlər 12-20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazıla bilərlər. 

Müsahibə mərhələsi 19-31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun-12 sentyabr tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar şəhər-rayon təhsil şöbələrində yaradılan alternativ qeydiyyat mərkəzlərinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 Çağrı Mərkəzinə və Naxçıvan regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.