Naxçıvanda məktəb rəhbərləri və tədris köməkçi heyət ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq

27 Fevral, 2026 - 13:35
Naxçıvanda məktəb rəhbərləri və tədris köməkçi heyət ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, ümumilikdə məktəb rəhbərləri və tədris köməkçi heyətin pedaqoji fəaliyyətlə məşğul olan və 2021-ci ildə sertifikatlaşdırmaya cəlb olunan müəllimləri aprel-may aylarında ikinci dövriyyə sertifikasiya prosesinə cəlb olunacaqlar.

Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov məlumat verib.

Şöbə müdiri bildirib ki, adıçəkilən şəxslər müəllim kimi fəaliyyət göstərdiklərinə görə 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunublar. Buna görə də 2021-ci ildə sertifikatlaşdırma prosesində uğur qazanan, eləcə də 2021 və 2022-ci illərdə uğur qazana bilməyən təhsilverənlər cari tədris ilində dərs dedikləri fənlər üzrə yenidən imtahan verəcəklər.