Naxçıvanda məktəblərə 500-dən çox yeni şagird partası verilib

6 İyul, 2026 - 09:28
Naxçıvanda məktəblərə 500-dən çox yeni şagird partası verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində tədris şəraitinin yaxşılaşdırılması, şagirdlər üçün daha müasir və komfortlu təhsil mühitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində məktəblərin mövcud ehtiyacları nəzərə alınaraq ümumtəhsil müəssisələrinə 500-dən artıq yeni şagird partası təhvil verilib.

Yeni partalar şagirdlərin rahat və təhlükəsiz şəraitdə təhsil almasına, tədris prosesinin səmərəliliyinin artırılmasına, eləcə də məktəblərin maddi-texniki bazasının daha da gücləndirilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilalanlar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Naxçıvanda məktəblərə 500-dən çox yeni şagird partası verilib
Naxçıvanda məktəblərə 500-dən çox yeni şagird partası verilib
Naxçıvanda məktəblərə 500-dən çox yeni şagird partası verilib