Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub
Naxçıvanda peşə təhsil müəssisələrinə ilkin mərhələdə 498 tələbə qəbul olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tələbə qəbulunun birinci mərhələsində qəbul olanların 228-i kişi, 270-i isə qadındır.
Ümumilikdə MR-in peşə təhsili müəssisələri üçün 700 plan yeri ayrılıb.
Qeyd edək ki, Naxçıvanda peşə təhsil müəssisələrinə tələbə qəbulu ölkə üzrə mərkəzləşmiş qaydada ilk dəfə 2024- 2025-ci tədris ili üzrə keçirilib.



